Şamaxı Rəsədxanası bulud həllərinə qoşulacaq

Şamaxı Rəsədxanası bulud həllərinə qoşulacaq
# 21 dekabr 2021 15:30 (UTC +04:00)

Şamaxı Astrofizika Rəsədxanasına bulud həllərindən istifadə etməsinə imkan yaradılacaq.

İnformasiya Texnologiyaları İnstitutundan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə rəsədxanasının kompüter şəbəkəsi və avadanlıqlarında monitorinq işləri aparılıb, “Aztelekom”un səlahiyyətli şəxsləri ilə görüş keçirilib.

Rəsədxananın binalarının fiber-optik kanalı ilə təmin edilməsi, teleskopun yerləşdiyi binanın daxili şəbəkə infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, rəsədxananın Bakı şəhər bölməsi ilə Şamaxı bölməsi arasında birbaşa əlaqənin yaradılmasına, əməkdaşların beynəlxalq elmi ictimaiyyət ilə məlumat mübadiləsi aparmalarına imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR