Nəsimi rayonunda inşaat işlərinə bu il 617 mln. manat xərclənib

Nəsimi rayonunda inşaat işlərinə bu il 617 mln. manat xərclənib
# 01 avqust 2019 15:29 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 2,7 mlrd. manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çoxdur.

APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ilin birinci yarısında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,5%-i tikinti, yenidənqurma və genişləndirmə, 7,3%-i əsaslı təmir, 5,4%-i cari təmir, 19,8%-i isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 85,5%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Məlumata əsasən, şəhər üzrə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin əsas hissəsi (616,6 mln. manat, 0,5%-lik azalma) Nəsimi rayonunun payına düşüb.

Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri:

Cəmi,

min manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Bakı şəhəri – cəmi

2 688 526,0

100,5

o cümlədən rayonlar:

Binəqədi

290 744,9

162,8

Xətai

383 286,9

80,4

Xəzər

13 487,2

28,2

Qaradağ

140 760,2

181,9

Nərimanov

288 121,4

84,7

Nəsimi

616 581,1

99,5

Nizami

102 778,0

79,0

Sabunçu

110 200,1

138,6

Səbail

330 806,3

90,6

Suraxanı

59 168,4

2,2 dəfə

Yasamal

352 591,5

105,5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR