Səfir: Azərbaycan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsində iştirakda maraqlıdır

Səfir: Azərbaycan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsində iştirakda maraqlıdır
# 02 fevral 2023 17:21 (UTC +04:00)

Məlum məsələdir ki, Cənubi Qafqazda yeni geosiyasi reallığın yaranması, nəqliyyat və logistika imkanlarının genişlənməsi Qırğızıstanla Azərbaycan arasında dostluğun və strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

Bunu APA-ya müsahibəsində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev deyib.

Səfirin sözlərinə görə, Azərbaycan-Qırğızıstan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclasının protokolunda da bu müddəa öz əksini tapıb və orada qeyd olunur ki, tərəflər Asiyadan Avropaya yükdaşımaların həcminin artmasını və Mərkəzi Asiya üzrə marşrutların şaxələndirilməsinin zəruriliyini nəzərə alırlar: “Onu da qeyd etməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə çoxlu sayda tranzit yüklərin cəlb edilməsi məqsədilə Azərbaycan tərəfi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin (xəttinin) Türkmənistan üzərindən ölkənizə yönləndirilməsində maraqlı olduğunu bildirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR