Şəkidə 500 abonent qazsız qalıb

Şəkidə 500 abonent qazsız qalıb
# 26 sentyabr 2019 14:39 (UTC +04:00)

Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac diametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.

“Azəriqaz” İB-dan “APA-Economics”ə verilən məlumata görə, bundan başqa bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb.

Məlumata əsasən, nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR