Şəmkir və Lənkəranda qaz təchizatında məhdudiyyətlər olacaq

Şəmkir və Lənkəranda qaz təchizatında məhdudiyyətlər olacaq
  • Clock-gray 09:11
  • calendar-gray 14 Avqust 2019

Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək.

Bu gün həmçinin saat 10:00-dan 18:00-dək Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date