Şəmkirdə özəlləşdirmə və investisiya imkanlarına dair regional forum keçirilib

Şəmkirdə özəlləşdirmə və investisiya imkanlarına dair regional forum keçirilib
  • Clock-gray 15:30
  • calendar-gray 11 Oktyabr 2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Şəmkirdə “Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda regional forum təşkil edilib.

APA-nın yerli bürosunun məlumatına görə, forumda ətraf rayonlardan olan 70-dək sahibkar, iş adamı iştirak edib. 

Komitənin Şəmkirdə təşkil etdiyi növbəti forumun məqsədi sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyaların tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaq olub. Komitə rəsmiləri qeyd edib ki, müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edilməsi ilə elektron müstəviyə keçid özəlləşməyə cəlb edilən investorların sayını artırıb.

Forumda həmçinin Qərb regionunda mövcud olan özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar haqqında danışılıb, Şəmkir və ətraf rayonlar üzrə özəlləşdirilməsi nəzərdə tutulan 30-a yaxın müəssisə haqqında ətraflı informasiya verilib. Qeyd edilib ki, hazırda özəlləşmə ilə bağlı keçirilən hərraclara dair 10 elektron xidmət göstərilir. 2016-cı ildən etibarən ümumilikdə 660-a yaxın hərrac keçirilib. Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq 30-dan çox vətəndaş olduğu məkanı dəyişmədən hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı sifarişlərin 350-i isə elektron şəkildə həyata keçirilib.

Tədbirdə həmçinin bildirilib ki, özəlləşdirilmə portalına 9 minə yaxın onlayn müraciət olunub. Saytda yerləşdirilən “Özəlləşdirmə gündəliyi 2019” başlıqlı bölməyə daxil olmaqla da investisiya müsabiqələri, səhmdar cəmiyyətləri ilə ətraflı tanış olmaq mümkündür. Gündəlikdə yeni açılan  300-ə yaxın müəssisə haqqında bütün məlumatlar yerləşdirilib.

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date