Sentyabrın 16-da Azərbaycanda televiziya və radio kanallarının yayımı dayandırılacaq

Sentyabrın 16-da Azərbaycanda televiziya və radio kanallarının yayımı dayandırılacaq
  • Clock-gray 15:30
  • calendar-gray 13 Sentyabr 2019

Sentyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq. Bunu "APA-Economics"ə "Teleradio" İstehsalat Birliyindən deyiblər.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Bu günədək profilaktika martın 4-də və iyunun 10-da keçirilib, üçüncüsü sentyabrın 16-da, dördüncüsü isə dekabrın 9-da keçiriləcək.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date