Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək
  • Clock-gray 13:22
  • calendar-gray 17 Sentyabr 2019

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq üzrə tariflərin endirilməsi haqqında razılaşma hazırlanır.

Bunu "APA-Economics"ə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, qeyd olunan sənədin ölkələr arasında imzalanması gələn ilə nəzərdə tutulur.

"Razılaşma Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tariflərinin aşağı salınmasına yönəlib. Bütün bu işlər Avropa İttifaqı ilə tərəfdaşlığa yönəlib və qeyd olunan razılaşma əsasında gələcəkdə Avropa operatorları ilə də rouminq tariflərinin endirilməsi məsələsi işləniləcək. Razılaşmanın hazırlanmasına dair aparılan işlər artıq son mərhələdədir və onun gələn il imzalanacağı gözlənilir", - deyə E. Vəlizadə qeyd edib.

Qeyd edək ki, 2009-cu ildən etibarən icra olunmağa başlayan Şərq Tərəfdaşlığı təşəbbüsü Avropa İttifaqı, ona üzv ölkələr və onun altı şərq qonşusu (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) arasında əlaqələri dərinləşdirmək və gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür. Sözügedən çərçivədə bütün tərəfdaşlar diqqəti 2020-ci ilə qədər 20 praktiki nəticəni əldə etməyə yönəltməklə öz vətəndaşlarının gündəlik həyatına gözəçarpan dərəcədə mənfəət gətirməyə dair razılığa gəliblər.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date