Şəxsi virtual zonanı necə yaratmalı: faydalı tətbiqlər

Şəxsi virtual zonanı necə yaratmalı: faydalı tətbiqlər
# 16 iyun 2022 10:00 (UTC +04:00)

Smartfon bütün vacib məlumatlarınızı özündə cəmləşdirən kiçik bir kompüterdir. Məlumatların düzgün saxlanması, zamanın planlaşdırılması, faydalı vərdişlərin yaradılması – smartfon və internetin mövcud olması bunlar üçün kifayət edir. Azercell digər əlavə tətbiqlərdən əlverişli şərtlərlə faydalanmaq üçün sərfəli aylıq internet paketlərini təqdim edir. Bəzi paketlərdə isə WhatsApp-dan istifadə üçün limitsiz trafik təqdim edilir.

Bulud - məlumatların saxlanılması sistemi

Həm funksional, həm də faydalı virtual aləmə çıxış əldə etmək istəyirsinizsə, "Bulud" və telefon üzrə avtomatik sinxronizasiya funksiyasını işə salın. Bir çox mobil telefon modellərində xüsusi şirkətlərə məxsus "Bulud" yaddaş sistemi mövcuddur. Siz Google və ya Yandex.Disk tərəfindən təklif olunan qlobal "Bulud" yaddaş sistemlərindən istifadə edə bilərsiniz.

"Bulud" yaddaş sistemində məlumat saxlamağın üstünlükləri:

  • istənilən halda məlumatlara çıxış əldə etmək;
  • avtomatik yüklənmə sayəsində məlumatların itirilməməsi;
  • istənilən cihazda məlumatlardan istifadə imkanı.

"Bulud"u bir dəfə quraşdırdıqdan sonra vacib məlumatların təhlükəsizliyi ilə bağlı narahatlığa səbəb qalmır: mediafayllar, telefon kitabçası, yüklənmiş fayllar.

Faydalı tətbiqlər: gününüzü formalaşdıran amillər

Daxili yaddaşın həcmi imkan verərsə, smartfonunuzda iş, ünsiyyət və əyləncəyə dair tətbiqlər arasında tarazlıq yarada bilərsiniz. Smartfonunuzda faydalı tətbiqlər arasında aşağıdakılar yer ala bilər:

  • planerlər -xatırlatma funksiyası ilə siyahılar tərtib etməyə, qeydlər aparmağa imkan verən tətbiqlər ;
  • idmanla bağlı irəliləyişi izləmək üçün trekerlər - qaçışçılar, velosipedçilər və digər idmançılar üçün müxtəlif seçimlər;
  • faydalı vərdişlərin formalaşdırılması üzrə trekerlər - sadəcə qarşınıza bir neçə məqsəd qoymağınız (gündə 2 litr su içmək və ya 10 səhifə kitab oxumaq) kifayətdir ki, proqram sizə bildiriş vasitəsilə onları xatırlatsın;
  • emosiyalar vasitəsilə əhvalınızı izləmək üçün nəzərdə tutulan treker.

Smartfon dil öyrənmək, özündə yeni hobbilər kəşf etmək üçün müvafiq platformaya çevrilə bilər. Maraqlı söhbətlər və faydalı faktları dinləyərək dil öyrənmək istəyirsinizsə, podkastlardan ibarət tətbiqlər yükləyə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR