SİMA hüquqi şəxslər üçün ödənişli olacaq

SİMA hüquqi şəxslər üçün ödənişli olacaq
# 27 iyul 2022 11:46 (UTC +04:00)

SİMA bulud əsaslı elektron imza hüquqi şəxslər üçün də əlçatan olacaq.

"APA-Economics" xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşaviri Rəşad Xalıqov deyib.

Onun sözlərinə görə, hazırda SİMA-nın mobil əlavəsi vətəndaşlar üçün mövcuddur, hüquqi şəxslər üçün olan versiya isə sentyabrın sonlarına təqdim olunacaq.

Qeyd edək ki, hüquqi şəxslər üçün SİMA ödənişli olacaq və hazırda bu istiqamətdə tariflər müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR