SİMA mobil tətbiqinin qeydiyyat prosesi yenilənib

SİMA mobil tətbiqinin qeydiyyat prosesi yenilənib
# 29 dekabr 2022 11:32 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imzanın mobil tətbiqi təkmilləşdirilərək yeni funksionallıqlar əlavə edilib.

APA-Economics” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, yenilənmiş mobil tətbiqdə imzanın əldə edilməsi üçün həyata keçirilən qeydiyyat prosesi daha əlçatan olub. Əvvəlki versiyada tələb edilən vətəndaşın başını dairə ətrafında fırlatması prosesi ləğv edilib. Həmçinin üz tanıma və canlılıq testləri birləşdirilərək bir mərhələdə təqdim olunur.

Təkmilləşdirilmiş qeydiyyat prosesi zamanı vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra təlimatda qeyd edilən 4 standart hərəkəti qısa zamanda icra edərək üz tanıma mərhələsini tamamlayırlar. Bunun ardınca PİN kod təyin edərək SİMA rəqəmsal imzanı əldə edirlər.

Bundan başqa, yenilənən mobil tətbiqdə vətəndaşlara imzaladıqları və onlara göndərilən sənədləri mobil cihazın yaddaş qurğusunda saxlamaq imkanı verilir. Tətbiqin “Əsas səhifə”sində yuxarı hissədə xidmətlər və yeniliklər barədə “Hekayə” formatında məlumatlar təqdim edilir.

Qeyd edək ki, hazırda SİMA yeni nəsil rəqəmsal imza ilə 12-si dövlət qurumu olmaqla 70-dən çox müəssisənin inteqrasiyası davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR