“Şimal-Cənub” region ölkələrinin ticarət əlaqələrini genişləndirəcək

“Şimal-Cənub” region ölkələrinin ticarət əlaqələrini genişləndirəcək
# 08 iyun 2022 09:37 (UTC +04:00)

“Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də potensial tərəfdaşlar - Türkiyə, İran, Pakistan, Hindistan və Çin kimi ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərini nəzərə alaraq xüsusilə aktualdır.

APA-Economics” Dağıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, nəqliyyat dəhlizi, eləcə də bütövlükdə regionun nəqliyyat və logistika infrastrukturu ilə bağlı məsələ Dağıstanın baş naziri Əbdülmüslim Əbdülmüslimovla Dövlət Duması sədrinin müavininin müşavirləri Yevgeni Kalinin və Aleksandr Vorobyov arasında keçirilən görüşdə müzakirə edilib.
Qeyd olunub ki, yaxın gələcəkdə qarşıda duran əsas vəzifələrdən biri də “Qafqaz” avtomobil yolunun dörd hərəkət zolağına qədər genişləndirilməsidir.


Ayrıca Mahaçqala, Xasavyurt və Dərbənddən dolana yolların çəkilməsi məsələləri müzakirə olunub. Bildirilib ki, 10 mart tarixində Rusiya Federasiyası Hökumətinin qərarı ilə 2022-ci ildə 86,7 mln. rubl ayrılan Mahaçqalanın şimal dolama yolunun layihələndirilməsi üçün podratçının müəyyən edilməsi dair müsabiqə prosedurlarının keçirilməsinə hazırlıq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR