“Şimal-Cənub” dəhlizinin Azərbaycan hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq

“Şimal-Cənub” dəhlizinin Azərbaycan hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq
  • Clock-gray 09:59
  • calendar-gray 27 Sentyabr 2019

Nazirlər Kabineti “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin Azərbaycandan keçəcək hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib. 

APA-nın məlumatına görə, qərara əsasən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan  ərazisindən keçən Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstərilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb. 

Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date