Şirvanda rəqəmli kommersiya televiziya paketinin test yayımı dayandırılıb

Şirvanda rəqəmli kommersiya televiziya paketinin test yayımı dayandırılıb
# 27 avqust 2019 10:38 (UTC +04:00)

“Teleradio” İstehsalat Birliyi Şirvan şəhərində çoxkanallı rəqəmli televiziya paketinin test yayımını dayandırıb.

Bunu “APA-Economics”ə İB-dən bildirblər.

Xəbərə görə, qeyd olunan bölgədə istifadəçilər xidmətə maraq göstərmədilər ki, bu da nəticə etibarilə yayımın təşkilini kommersiya baxımından rentabelli etmir.

Hazırda bölgələrdə kommersiya yayımına qoşulmaq imkanı Gəncə, Lənkəran və Qubada, həmçinin ətraf ərazilərdə (Samux, Yevlax, Mingəçevir, Şəmkir, Goranboy, Göygöl, Astara, Masallı, Cəlilabad, Qusar, Xaçmaz, Dəvəçi və s.) mümkündür. Kommersiya yayımının qiyməti əhalinin sosial durumuna nəzərən uyğunlaşdırılıb və aylıq abunə haqqı 6 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR