Soçidə Azərbaycan, Rusiya və İranın iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Soçidə Azərbaycan, Rusiya və İranın iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək
# 03 avqust 2019 15:28 (UTC +04:00)

Azərbaycan və İran arasında ticarət dövriyyəsi son 6 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd bu gün azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşdən sonra deyib.

İki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini deyən F.Dejpəsən bildirib ki, İran və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edir: “Həm dövlət, həm özəl sektorda müştərək investisiya layihələri, xüsusi ilə dəmir yolu layihələri həyata keçirilir. Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayı artıb. İki ölkənin enerji, bank və gömrük sahəsində əməkdaşlığı davam edir”.

İranlı nazir bildirib ki, Soçidə Azərbaycan, Rusiya və İranın iqtisadiyyat nazirləri görüşəcək.

“Bu ilin payızında azərbaycanlı həmkarımla növbəti görüşümüz olacaq. Həmin görüşdə müştərək avtomobil, dərman istehsalı, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıqla bağlı müzakirələrimiz olacaq”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR