Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə qatar reyslərinin sayı artırılacaq

Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə qatar reyslərinin sayı artırılacaq
# 27 sentyabr 2022 18:56 (UTC +04:00)

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə elektrik qatarlarının reyslərinin sayı artırılacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən APA-ya verilən məlumata görə, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR