Sumqayıtdan Rusiya sərhədinədək çəkilən yeni yol gələn il təhvil veriləcək

Sumqayıtdan Rusiya sərhədinədək çəkilən yeni yol gələn il təhvil veriləcək
  • Clock-gray 17:32
  • calendar-gray 17 Oktyabr 2019

Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, yəni, Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədinə qədər yeni yol 2020-ci ilin sonunadək tikilib təhvil veriləcək.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün yeni yolun 45-ci kilometrdən Giləziyədək – 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilib. Həmin yolun üzərində bir yol qovşağı tikilib. Ümumi Rusiya sərhədindən isə Bakıya tərəfə olan istiqamətdə 38 kilometr yol asfaltlanıb. Yol yatağı 92 kilometr hissədə tam tikilib.

“Nəzərə alınıb ki, 2020-ci ilin sonuna qədər biz bu yolu istismara təhvil verəcəyik. Sizin tapşırığınıza əsasən o yolda eyni səviyyədə kəsişən heç bir yol qovşağı olmayacaq. Yəni, beş yerdə müxtəlif səviyyəli yol qovşağı olacaq ki, yeni yolu rayon mərkəzləri ilə birləşdirsin”, - deyə S. Məmmədov əlavə edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date