Sumqayıtın qaz təchizatında məhdudiyyətlər olacaq

Sumqayıtın qaz təchizatında məhdudiyyətlər olacaq
# 12 sentyabr 2022 16:16 (UTC +04:00)

Sabah Sumqayıtın qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “APA-Economics”in yerli bürosuna Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.

Bildirilib ki, SOCAR-ın Qaz İxrac İdarəsinə məxsus Sumqayıt QPS-də yerləşən d219 mm-lik qaz kəmərinin buraxıcılıq qabiliyyətinin artırılması məqsədi ilə kəmərin bir hissəsinin d325 mm-lik qaz kəməri ilə əvəzlənməsi işlərinin görülməsilə əlaqədar olaraq, 13.09.2022-ci il tarixində saat 09:30-dan etibarən işlər yekunlaşana qədər, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi və Yaşma bağlar massivi istisna olmaqla Sumqayıt QİS- in xidmət sahəsinin qaz təchizatı dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR