Süni intellekt üzrə Milli Strategiya ilə bağlı yol xəritəsi hazırlanıb

Süni intellekt üzrə Milli Strategiya ilə bağlı yol xəritəsi hazırlanıb
# 26 yanvar 2023 16:08 (UTC +04:00)

Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi Dördüncü Sənaye İnqilabınınTəhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlığı çərçivəsində tərtib edilib və Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupunun növbəti iclasında müzakirə olunub.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, aidiyyəti dövlət qurumlarının nümayəndələri və Süni İntellekt (Sİ) icmasının üzvlərinin iştirakı ilə keçirilən iclasda “Sİ hazırlıq indeksi” və "Milli Sİ strategiyasının hazırlanması üçün yol xəritəsi" barədə məlumat verilib, Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Tədbirdə həmçinin, Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platformasının rəhbəri Uber Xelop “Milli Sİ strategiyalarının hazırlanması”, Türkiyə Rəqəmsal Transformasiya Ofisinin nümayəndəsi Mervə Ayyücə Kizrak “Süni İntellekt strategiyasının hazırlanmasındakı çətinliklər” və Paşa Bankın Data elmi şöbəsinin rəhbəri İlkər Kurtuluş “Süni İntellekt biznesi necə dəyişdirir” mövzularında təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR