Mahaçqala-Bakı dəmir yolu xəttinə sürət qatarı buraxılacaq

Mahaçqala-Bakı dəmir yolu xəttinə sürət qatarı buraxılacaq
# 02 oktyabr 2019 16:04 (UTC +04:00)

Azərbaycan və Rusiya Mahaçqala-Bakı istiqamətində hərəkət edəcək sürətli qatarın xəttə buraxılmasını planlaşdırır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev bildirib.

Onun sözlərinə görə, bu qatardan istifadə edən sərnişinlər gömrük yoxlamasından sadələşmiş qaydada keçəcəklər: "Bu prinsip üzrə Sankt-Peterburqla Helsinki arasında hərəkət edən qatar da işləyir".

V Vasilyev onu da bildirib ki, sürətli qatarın xəttə buraxılması məsələsi Azərbaycan və Dağıstanın müvafiq nazirlikləri arasında artıq müzakirə olunub. Bu cür qatarın istifadəyə verilməsi iki respublika arasında turist axınını artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR