Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması üçün iş aparılır

Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması üçün iş aparılır
# 28 yanvar 2022 12:29 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərin qazlaşması sahəsində hazırkı mərhələdə yalnız layihələndirmə işləri aparılır.

APA-Economics”in verdiyi məlumata görə, bunu “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ilk növbədə Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılmasından söhbət gedir.

“Layihələndirmə işləri başa çatdıqdan və maliyyələşmə məsələsi həll olunduqdan sonra qazlaşdırma aparılacaq”, - T. Cəfərov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR