Şuşada hava monitorinqi cihazları quraşdırılacaq

Şuşada hava monitorinqi cihazları quraşdırılacaq
# 26 sentyabr 2022 14:41 (UTC +04:00)

Azərbaycanın bir sıra rayonlarında, o cümlədən Şuşa şəhərində hava monitorinqi cihazları quraşdırılacaq.

Bunu “APA-Economics”ə “Sumaks” şirkətinin rəhbəri Cavid Məmmədov deyib.
Onun sözlərinə görə, cihazlar artıq “ASAN xidmət”in Bakı və Sumqayıtda olan mərkəzlərində quraşdırılıb.
“Hazırda digər mərkəzlərdə də bu cihazların quraşdırılması işləri aparılır. Gələcəkdə isə Şuşa da daxil olmaqla cihazların quraşdırılması regionlarda da aparılacaq”, - deyə Cavid Məmmədov əlavə edib.

Qeyd edək ki, havanın keyfiyyət göstəriciləri cihazda olan sensorlar vasitəsilə toplanaraq təhlil edilir və daha sonra serverə yönləndirilir. Cihaz vasitəsilə havanın temperaturu və rütubəti ilə yanaşı, havada olan CO¬2, CO, NO2 ,NH3, metan və azot qazının miqdarı ölçülür, O3 qazı təyin edilir. Bununla yanaşı cihaz vasitəsilə havada olan tozun səviyyəsi, eləcədə ətraf mühitdə olan səs-küyün miqdarı təyin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR