Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satınalınması üzrə açıq tender elan edib.
Qoruqdan APA-ya verilən xəbərə görə, tenderdə iştirak etmək arzusunda olan şirkətlər 16 mart 2023-cü il tarixinə kimi hüquqi sənədləri, 3 aprel 2023-cü il tarixinə kimi isə təklifi və təklifin təminatı sənədlərini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.