Şuşada növbəti 15 yaşayış binasının inşasına dair açıq tender elan olunub

# 04 iyul 2022 16:46 (UTC +04:00)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib.

Qoruq İdarəsindən APA-ya verilən xəbərə görə, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur.

İnşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avtodayanacaqla təmin olunması nəzərdə tutulur.

Şirkətlər avqustun 9-a kimi hüquqi sənədləri, təklifi və təklifin təminatı sənədlərini isə avqustun 18-ə kimi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.

Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR