Tağıyev qəsəbəsi-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırıla bilər

Tağıyev qəsəbəsi-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırıla bilər
# 23 noyabr 2022 17:06 (UTC +04:00)

Respublika əhəmiyyətli Tağıyev qəsəbəsi-Sumqayıt avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və yol təhlükəsizlik sədlərinin quraşdırılması işləri aparılır. Sadalanan işlər noyabr ayının 26-na qədər davam etdiriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bu müddət ərzində sözügedən avtomobil yolunda işlərin aparıldığı hərəkət zolaqları üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu üzdən sürücülərdən qeyd edilən tarixədək ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR