Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
# 29 avqust 2022 17:11 (UTC +04:00)

30 avqust saat 08:00-dan saat 20:00–dək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində ("20 Yanvar" dairəsindən İzmir küçəsinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR