TDT Zəngəzur dəhlizinin açılmasına dair prosesi yaxından izləyir

TDT Zəngəzur dəhlizinin açılmasına dair prosesi yaxından izləyir
# 31 oktyabr 2022 17:04 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatı (TDT) Zəngəzur dəhlizinin açılmasına dair prosesi yaxından izləyir.

Bu barədə APA-nın İstanbul müxbirinə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömer Kocaman bildirib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan bu məsələdə çox effektli əməkdaşlıq həyata keçirir.

“Biz bu prosesin bütün türk dünyası üçün müsbət amil olacağına inanırıq. Bundan əlavə, Türkiyə və türk dünyası arasında təmin ediləcək kəsintisiz əlaqənin bölgə və dünyada sülh üçün önəmli nəticələri olacaq. Digər tərəfdən isə, ticarətin dərinləşməsi və inkişafın genişlənməsi də təmin olunacaq”, - Kocaman vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR