Təbriz-Bakı aviareysi yenidən açılacaq

Təbriz-Bakı aviareysi yenidən açılacaq
# 03 oktyabr 2019 13:55 (UTC +04:00)

“Azərbaycanın Neftçala rayonunda yerləşən Azərbaycan-İran müştərək avtomobil zavodunda “Khaza”, “Rana” və “Dena” markalı avtomobillər istehsal olunur. Tezliklə bu maşınlardan 10 ədədi Rusiyaya ixrac ediləcək”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib. Səfir deyib ki, zavodun 75%-i Azərbaycanın “Azərmaş” və 25%-i İranın “Khodro” şirkətinə məxsusdur.

B. Hüseynov Təbriz-Bakı aviareysinin yenidən açılacağını da əlavə edib.

Qeyd edək ki, sözügedən aviareys üzrə uçuşlar təxminən bir aya yaxındır ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR