"Teknofest-2022" çərçivəsində peyk və PUA müsabiqələri keçiriləcək

"Teknofest-2022" çərçivəsində peyk və PUA müsabiqələri keçiriləcək
# 19 yanvar 2022 11:19 (UTC +04:00)

“Teknofest-2022” festivalı çərçivəsində “Həvəskar Peyk Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” (PUA) adlı iki müsabiqə keçiriləcək.

Azərbaycan Respublikasının Kosmik Agentliyindən (Azərkosmos) “APA-Economics”ə verilən məlumata görə, adıçəkilən müsabiqələrə ali təhsil müəssisələrində (bakalavr, magistr) təhsil alan tələbələr qatıla bilərlər.

Müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir.

“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə müraciətlər 31 yanvar tarixinədək, PUA müsabiqəsinə isə 2 fevral tarixinədək qəbul olunur.

Müsabiqələrin şərtləri ilə qeyd olunan linklərdən tanış olmaq olar:
- “Həvəskar Peyk Modelləşdirilməsi”,
- “Pilotsuz Uçuş Aparatları”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR