Tərtərdə 4 subartezian quyusu bərpa olunacaq

Tərtərdə 4 subartezian quyusu bərpa olunacaq
# 25 iyul 2022 09:14 (UTC +04:00)

Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlər görülür.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq bu ilin məhsulu üçün əkilən taxıl, arpa, yem və yonca bitkilərinin suvarılması aparılıb, taxılın biçini isə yekunlaşıb.

Bununla yanaşı Tərtər rayonunda bu il 3450 hektar sahədə pambıq da əkilib. Pambığın suvarılması da plana uyğun olaraq yerinə yetirilir. Hazırda Suqovuşan su anbarından gələn su vasitəsilə rayonda suvarma davam edir.

Su itkisinin qarşısının alınması üçün torpaq məcralı kanalların lildən və kol-kosdan təmizlənməsi işləri aparılır. Bu istiqamətdə su itkisini minimuma endirmək üçün torpaq məcralı kanalların beton üzlüyə alınması da nəzərdə tutulub.

Belə ki, cari ildə 2,2 km uzunluqda kanalın beton üzlüyə alınması planlaşdırılır. Bundan başqa 4 ədəd subartezian quyusunun da təmir-bərpasına start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR