“TEXNOFEST”in növbəti illərdə Özbəkistanda keçirilməsi planlaşdırılır

“TEXNOFEST”in növbəti illərdə Özbəkistanda keçirilməsi planlaşdırılır
# 04 iyul 2022 13:56 (UTC +04:00)

“TEXNOFEST” Aviasiya, Kosmos və Texnologiya festivalının növbəti illərdə Özbəkistanda keçirilməsi planlaşdırılır.

Yüksək Texnologiyalar Parkından (YTP) “APA-Economics”ə verilən məlumata görə, bunu Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Milli İnnovasiyalar
Ofisinin baş direktoru Olimjon Tuyçiyev YTP ilə təşkil olunan onlayn görüş zamanı deyib.

O, bu yaxınlarda Azərbaycanın ev sahibliyi etdiyi “TEXNOFEST”in işini yüksək qiymətləndirərək, bu kimi mötəbər tədbirlərin müvafiq sahədə əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açdığını qeyd edib.

Olimjon Tuyçiyev həmçinin qurumun, yaxın zamanda Türkiyənin Yıldız Texniki Universiteti Texnoparkı ilə birlikdə “İnno” texnoparkının yaradıldığını bildirib.

O, davamlı olaraq keçirilən innovasiya həftələri çərçivəsində festivalların təşkil edildiyini diqqətə çatdırıb. Baş direktor Özbəkistan və Azərbaycanda bu kimi kiçikmiqyaslı festivalların təşkilinin vacibliyini də önə çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR