Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması qaydası müəyyənləşir

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması qaydası müəyyənləşir
# 02 dekabr 2022 13:36 (UTC +04:00)

Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidməti üçün ödəniş edəcəklər.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

Ödənişin məbləği müvafiq metodologiya əsasında müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR