TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar azalıb
# 20 iyun 2019 12:15 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 16,9 mln. tona yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə ,2019-cu ilin yanvar-aprel aylarında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 16 861,4 min ton, yük dövriyyəsi isə 3 603,6 mln. ton-km olub.

Məlumata əsasən, yüklərin 10 834,8 min tonu və ya 64,3% avtomobil nəqliyyatı, 4 257,1 min tonu və ya 25,2% dəmir yolu nəqliyyatı, 1 769,5 min tonu və ya 10,5% dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 16,7% və ya 2 809,1 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR