TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 11% artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 11% artıb
# 17 iyun 2022 14:50 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 124,6 min ton təşkil edib, bu da illik müqayisədə 11% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 8 362,3 min tonu və ya 55,3%-i avtomobil nəqliyyatı, 4 949,7 min tonu və ya 32,7%-i dəmir yolu nəqliyyatı, 1 812,6 min tonu və ya 12%-i dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 25,5%-i və ya 3 863,1 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR