TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 2% azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 2% azalıb
# 18 iyul 2019 16:14 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 20 959,2 min ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə dəhlizin Azərbaycan hissəsində yüklərin 13 596,5 min tonu və ya 64,9%-i avtomobil nəqliyyatı, 5 243,2 min tonu və ya 25%-i dəmir yolu nəqliyyatı, 2 119,5 min tonu və ya 10,1%-i dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 16,2%-i və ya 3 404,9 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR