TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 21% artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 21% artıb
# 14 sentyabr 2022 13:35 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28 629,8 min ton, yük dövriyyəsi isə 7 186,8 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21% və 28,7% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 15 466,1 min tonu və ya 54%-i avtomobil nəqliyyatı, 9 394,6 min tonu və ya 32,8%-i dəmir yolu nəqliyyatı, 3 769,1 min tonu və ya 13,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 27,2%-i və ya 7 800,7 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR