TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 25%-dək artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 25%-dək artıb
# 16 noyabr 2022 13:37 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 829,6 min ton olub, bu da illik müqayisədə 24,4% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yüklərin 20 376,1 min tonu və ya 53,9%-i avtomobil nəqliyyatı, 12 435,7 min tonu və ya 32,9%-i dəmir yolu nəqliyyatı, 5 017,8 min tonu və ya 13,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4%-i və ya 10 352,5 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR