TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 29%-dək artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 29%-dək artıb
# 19 yanvar 2023 10:54 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 46 968,5 min ton olub, bu da illik müqayisədə 29% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 25 451,5 min tonu və ya 54,2%-i avtomobil nəqliyyatı, 15 388,9 min tonu və ya 32,8%-i dəmir yolu nəqliyyatı, 6 128,1 min tonu və ya 13%-i dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 26,8%-i və ya 12 583,8 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR