Tural Məmmədov: Qurumlarda informasiya təhlükəsizliyi üzrə təlimatla bağlı koordinasiyasızlıq var

Tural Məmmədov: Qurumlarda informasiya təhlükəsizliyi üzrə təlimatla bağlı koordinasiyasızlıq var
# 07 fevral 2023 14:25 (UTC +04:00)

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin informasiya təhlükəsizliyi üzrə təlimat hazırlanaraq Koordinasiya Komissiyası vasitəsilə dövlət qurumlarına göndərilib.

APA-Economics” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Tural Məmmədov "Dövlət qurumlarının İT rəhbərlərinin I Zirvə toplantısı"nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 90 dövlət qurumu artıq bu təlimatı təsdiq edərək icra etdiyini, 79 dövlət qurumu isə bu təlimat üzərində işləməsi ilə bağlı məlumat verib.

“Maraqlı məqam budur ki, bu təlimatın rəsmi göndərişi ilə eyni zamanda “Data.cert.gov.az” adından dövlət qurumlarına sorğu doldurulması ilə bağlı müraciət etmişik. Burada verdiyimiz suallardan biri informasiya təhlükəsizliyi ilə bağlı təlimatın olub-olmaması ilə əlaqədardır. Sahə üzrə cavabdeh şəxslərin 12-i onlarda öz informasiya təhlükəsizliyi üzrə təlimatının olmamasını bildirsə də, rəsmi məktubda həmin qurumlar təhlükəsizlik üzrə təlimatın mövcud olduğunu təsdiq edib. Bu ya daxildə koordinasiyasızlığın, ya da məlumatın düzgün çatdırılmamasının göstəricisidir. Bu istiqamətdə diqqətli olmağa çağırırıq”, - deyə Tural Məmmədov vurğulayıb.

XRİTDX İdarə rəisi dövlət qurumları əməkdaşlarının informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasının planlaşdırıldığını bildirib: “Qarşımıza dövlət qurumu əməkdaşlarının beynəlxalq sertifikatlaşdırılmasını əsas hədəf qoymuşuq. Plana əsasən düşünürük ki, 6 paralel fəaliyyət həyata keçirək. Hər bir dövlət qurumundan müəyyən əməkdaşların kvalifikasiyasını artırmaq üçün “Cybercamp”a cəlb edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR