Türkiyədə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının iclası keçirilir

Türkiyədə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının iclası keçirilir
# 10 may 2022 18:05 (UTC +04:00)

Bu gündən etibarən Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı başlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, toplantıdan öncə Beynəlxalq Assosiasiyanın üzvləri Ankarada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Toplantıda “Azərbaycan Dəmir Yolları ” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR