Türkiyədə PUA-lar vasitəsi ilə yük daşımalar üçün infrastruktur yaradılır

Türkiyədə PUA-lar vasitəsi ilə yük daşımalar üçün infrastruktur yaradılır
# 29 may 2021 14:23 (UTC +04:00)

Türkiyədə pilotsuz uçuş aparatlar (PUA) vasitəsi ilə yük daşımalar həyata keçirmək üçün infrastruktur yaradılır. “APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, mülki məqsədlər üçün PUA idarəetmə modeli, ölkənin hava məkanında daha səmərəli və təhlükəsiz uçuş sistemi yaratmaq məqsədi ilə Türkiyə Mülki Aviasiya Baş İdarəsi tərəfindən hazırlanır.

Yeni model çərçivəsində bu gün Türkiyə səmalarında uçmaq icazəsi olan 50 170 PUA üçün hava dəhlizləri ayrılacaq. Pilotsuz uçuş aparatlarının hərəkəti ölkənin bütün uçuş idarəetmə mərkəzlərində xüsusi modul vasitəsi ilə izləniləcək.
Yeni sistem sayəsində uçuşları tənzimləmə mexanizminə ehtiyac qalmayacaq. PUA-lar üçün xüsusi olaraq yaşayış məntəqələri arasında dəhlizlər, həmçinin şəhərdaxili marşrutlar ayrılacaq.
Yeni model əsasında ilk üçüşun 6 iyunadək İstanbulun Karaköy və Kozyatağı bölgələrindəki Acıbadem xəstəxanasının şöbələri arasında həyata keçirilməsi planlaşdırılır. PUA vasitəsilə dərman preparatlarının çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR