Türkiyəli nazir: "Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanır"

Türkiyəli nazir: "Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanır"
  • Clock-gray 13:24
  • calendar-gray 31 İyul 2019

"Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma ərəfəsindədir". Bunu APA-nın yerli bürosuna Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Nazir bildirib ki, bu, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsindən xəbər verir: "Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır. Birlikdə həyata keçirdiyimiz layihələr regionun təhlükəsizliyini və sabitliyini artırır".

Nazir qeyd edib ki, son zamanlar Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri daha da sıx xarakter alıb: "Bu, hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradır".

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date