Ukrayna operatoru Azərbaycanda pulsuz rouminq xidmətini istifadəyə verib

Ukrayna operatoru Azərbaycanda pulsuz rouminq xidmətini istifadəyə verib
# 23 may 2022 15:27 (UTC +04:00)

Ukraynanın mobil operatoru "Vodafone Ukraine" Azərbaycanda pulsuz rouminq xidmətini istifadəyə verib.

APA-Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycanla yanaşı, ABŞ, Kanada, İsrail və İsveçrə də xidmət coğrafiyasına daxil edilib.

Bu ölkələrə səyahət etmək məcburiyyətində qalan abunəçilər yalnız adi Ukrayna abunə haqqını ödəməklə rouminqdə pulsuz xidmətlər paketindən istifadə edə bilərlər.
Xidmət hazırda 32 ölkədə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR