“Xətai” metrostansiyasında son tamamlama işləri aparılır

“Xətai” metrostansiyasında son tamamlama işləri aparılır
# 05 avqust 2019 11:19 (UTC +04:00)

Bakı Metropoliteninin “Xətai” stansiyasında təmir-bərpa işləri yekunlaşmaq üzrədir.

Bu barədə “APA-Economics”ə “Bakı Metropiliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda stansiyada son tamamlama və abadlaşdırma işləri aparılır.

Stansiya avqust ayında sərnişinlərin istismarına veriləcək.

Qeyd edək ki, metronun “Xətai” stansiyasında əsaslı təmir-bərpa işlərinə ötən il sentyabrın 27-də başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR