Xətai və Suraxanının bir hissəsində qaz olmayacaq

Xətai və Suraxanının bir hissəsində qaz olmayacaq
# 10 noyabr 2022 10:24 (UTC +04:00)

SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, bu gün "Qum Məişət (Qİİ)", "ALKO", "Naximov", "Müşviq əhali", "Gilan", "Quru Yük Limanı", "Dəniz donanması", "F-centr", "Azərsu Nəqliyyat" və "Zığ gəmi təmiri" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Müşviq, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonunun isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR