“Xəzər Dəniz Gəmiçiliyi”nin sədrinə iki yeni müavin təyin edilib

Zaur Nağıyev, Tariyel Mirzəyev

© APA | Zaur Nağıyev, Tariyel Mirzəyev

# 26 sentyabr 2022 15:21 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin edilib.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, Sərəncama əsasən, ASCO-nun Hüquq departamentinin rəisi Zaur Nağıyev və Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyevə sədr müavinləri vəzifəsi həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR