Xəzərin Azərbaycan sektorunda dənizaltı seysmoqraflar qurulacaq

Xəzərin Azərbaycan sektorunda dənizaltı seysmoqraflar qurulacaq
  • Clock-gray 15:28
  • calendar-gray 18 Oktyabr 2019

Bu ilin sonunadək Xəzərin Azərbaycan sektorunda dörd dənizaltı seysmoqraf qurulacaq. Bunu “APA-Economics”ə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) deyiblər.

Mərkəzdən bildirilib ki, seysmoqrafların qurulacağı yerlər artıq təsdiqlənib və bu işlər “Ümid”, “Bahar” və “Günəşli” yataqlarında aparılacaq.

RSXM-in uzunmüddətli planlarına dənizdə seysmoloji tədqiqatlarının keyfiyyətinin artırılması daxildir. Hazırda Azərbaycanda istismarda olan seysmik stansiyaların sayı 35-dir. Stansiyalar peyk sisteminə qoşulub. Ölkə ərazisinin seysmik aktiv nöqtələrində quraşdırılan vibrasiya sensorlarından məlumatlar peyk vasitəsilə real vaxt rejimində Bakıda yerləşən baş stansiyaya ötürülür. Məlumatlar emal edildikdən sonra, sistem zəlzələnin dəqiq yeri, vaxtı və gücü barədə məlumat verir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date