Xidmət rəisi: "Azərbaycana fişinq hücumların böyük hissəsinin Ermənistandan olmasına əsaslı şübhələr var"

Xidmət rəisi: "Azərbaycana fişinq hücumların böyük hissəsinin Ermənistandan olmasına əsaslı şübhələr var"
# 17 iyun 2022 12:18 (UTC +04:00)

"Azərbaycana edilən fişinq hücumların böyük hissəsinin Ermənistandan olmasına əsaslı şübhələr var".

Bunu "APA-Economics"ə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Tural Məmmədov bildirib ki, hücumların 99%-i dövlət qurumlarının əməkdaşlarını hədəfə alıb. Bu isə daha çox elektron poçt vasitəsilə, linklər göndərməklə və s. şəkildə həyata keçirilir. Səhlənkar yanaşan əməkdaşlar qurbana çevrilə bilir.

İdarə rəisi onu da qeyd edib ki, son dövrlər edilən fişinq hücumlarında ciddi azərbaycandilli kontent var: "Yəni, hiss edilir ki, məqsədyönlü olaraq bu hücumlar həyata keçirilir. Əvvəllər "Google" vasitəsilə qeyri-professional tərcümələr olunmuş kontentlərlə rastlaşırdıq. Hiss olunurdu ki, hansısa kiberqruplaşma Azərbaycanı hədəfə alıb. Hazırda isə bu qruplaşmalarda Azərbaycan dilli şəxslərin olduğu müşahidə edilir. Bu da hücumların daha çox qonşu ölkələrdən, xüsusilə də Ermənistandan olduğunu deməyə əsas verir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR