Xocalı kəndi qazlaşdırılacaq

Xocalı kəndi qazlaşdırılacaq
# 17 may 2022 13:24 (UTC +04:00)

Salyan rayonunun Xocalı kəndində 3 660 metr uzunluğunda qaz xətti çəkiləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev öz “Facebook” səhifəsində paylaşım edib.

Məlumata əsasən, qeyd olunan qaz xətti çəkilməklə 87 abonent təbii qazla təmin olunacaq.

Xatırladaq ki, 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində, 69 kəndin və 62 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR