Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin heyəti İsraildə səfərdədir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin heyəti İsraildə səfərdədir
# 07 mart 2023 13:00 (UTC +04:00)

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.

"APA-Economics" XRİTDX-nin yaydığı məlumata istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti İsrailin Milli Kiberdirektorluğu, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT), Milli Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi (Mərkəzi SOC), Milli Rəqəmsal Agentliyinin "Hökumət Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi", Energetika Nazirliyinin Milli Laboratoriyasını ziyarət edib. İlqar Musayev adıçəkilən təşkilat rəsmiləri ilə, eləcə də kibertəhlükəsizlik sahəsində Azərbaycanda fəaliyyət göstərən "Prosol" şirkətinin rəhbərliyi ilə birgə İsrailin sahə üzrə aparıcı şirkətlərinin həlləri ilə tanış olublar.

Görüşlərdə İsrail dövlətinin informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi elmi-texniki nailiyyətlər barədə nümayəndə heyətinə geniş məlumat verilib, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Xidmət rəisi görüşlərdə İsrail nümayəndələrinə XRİTDX-nin fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR